Dünya Ərdoğanın təklifindən danışırbackend

Dünya Ərdoğanın təklifindən danışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın nəzarətində olan Xerson bölgəsində Nova Kaxovka su anbarının dağılması böyük humanitar fəlakətə səbəb olarkən, Ərdoğanın təklifi dünyanın gündəminə ilk sırada yer verdi.

NOCOMMENT xəbər verir ki, Ərdoğanın böhranın həllində oynaya biləcəyi rola diqqət çəkilərkən, Türkiyənin hər iki liderlə görüşə bilən yeganə NATO üzvü olduğu vurğulanıb.

Ukraynanın cənubunda Rusiyanın nəzarətində olan Xerson vilayətində nəhəng bənd dağıdılıb və sular buraxılıb. Ukrayna ordusu və NATO Rusiyanı “bəndi partlatmaqda” ittiham edib. Kreml hadisəyə görə Ukrayna hökumətini ittiham edib. Nova Kaxovka bəndinin dağılması 1986-cı ildə Çernobıldan sonra Avropada ən böyük texnogen fəlakət adlandırılır.

Görüş zamanı Ərdoğan partlayışla bağlı hərtərəfli araşdırmanın şübhəyə yer qoymayacaq şəkildə aparılmasının vacib olduğunu bildirib.