Dünya əsl fəlakətə yaxınlaşır – 3-4 aya başlaya bilərbackend

Dünya əsl fəlakətə yaxınlaşır – 3-4 aya başlaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı müharibəyə görə dünya əsl fəlakətə yaxınlaşır və bu, 3-4 aya başlaya bilər.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç müsahibəsində bildirib.

“Mən üçüncü dünya müharibəsindən yox, ciddi qarşıdurmadan danışıram… İnanıram ki, biz bundan çox da uzaqda deyilik. Yəni 3-4 aydan çox deyil” – deyə, o bildirib.

Onun fikrincə, Qərb Ukraynada uduzmağa tab gətirə bilməz, ABŞ və NATO üçün bu, geosiyasi vəziyyətlərinin pisləşməsi deməkdir. Vuçiç onu da bildirib ki, Qərbdə insanlar Putini qiymətləndirməyi bacarmır.