Yaxın gələcəkdə dünya miqyasında qıtlıq gözlənilirmi? Yaxın günlərdə Yaponiyada market piştaxtalarında düyü tapılmırdı. Bu qıtlıq süni şəkildəmi həyata keçirilir yoxsa təbiətin bir hadisəsidir. Qarşısını almaq üçün hansı addımları ata bilərik?
NOCOMMENT.az xəbər verir ki, bu barədə Tribunainfo.az-a açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, dünya miqyasında qıtlıq yox, bir növ süni qidaların istehsalı artmağa başlayıb artıq.
İqtisadçının sözlərinə görə, dadlandırıcı xüsusi vasitələr qatılır və bunun vasitəsi ilə də həmin dadı verir. Son zamanlarda xüsusi ilə süni ətlər yaranıb. Daha əvvəlki illərdə süni düyü yaradılmışdı.
“Əslində elə meqapolislərin yaranması, örüş sahələrinin olmaması rayon kəndlərdə işsizlik vətəndaşı məcburi olaraq kənd təsərrüfatından uzaqlaşdırdı. Çox yox elə 5-10 il sonra təbii məhsulu tapmaqda çətinlik çəkəcəyik.
Yaponiyada misal üçün bir məhsulun iki növü qoyulur biri təbii digəri GMO (Geni modifikasiya olunmuş) bunların da təbii ki, fərqli qiymətləri var. Amma bizim kimi ölkələrdə isə bu yoxdur, alıcı alıb dadına baxdıqda görür ki, kağız dadı verir məhsul dadsızdır öz dadını vermir. Ən yaxşı halda yuxarıda qeyd etdiyim kimi dadlandırıcı vurulur. Bir çox Avropa ölkələrində hətta Türkiyədə də artıq bir növ şəhərdən kəndə köç var. Şəhərdə 2 evi olan birini satır şəhərə 1 saatlıq məsafədə olan Torpaq sahəsi olan həyət evi alır. Özünün ehtiyacı olan məhsulu bağında özü yetişdirir. Maraqlısı isə budur ki, bizim kimi ölkələrdə bunu deyib maarifləndirmirlər Məlumatlı olanlar, imkanı olanlar isə alıb daha sonra daha baha qiymətə təklif etmək niyyətindədir.
Diqqət etmisizsə hündür mərtəbəli binaların əksəriyyəti boşdur, gündə bir kompaniya ilə alıcı cəzb etməyə çalışırlar. Şəhərə yaxın məsafədəki torpaq sahələrinin əksəriyyəti 10 sot və üzəridir. Adamlar kompakt şəklində əlində saxlayıb. Sotu 500-1000 manat olan heç üzünə belə baxılmayan yerlər indi sotu 6000-7000-dən başlayır minimum. Əgər kənd təsərrüfatı yetəri qədər inkişaf etmirsə, GMO məhsullara məruz qalırıqsa, idxaldan süni qida məhsulundan asılıyıqsa, xəstəliklərin gündən-günə artdığı bir dövrə çatmışıqsa biz də Avropa,Türkiyədəki mexanizmi tətbiq etməliyik. Bunu təbii ki, bütün zəruri ehtiyac mallarında deyə bilmərik lakin müəyyən çərçivədə mümkündür”.