Dünya müharibəsi burada başlaya bilər! – Fransa da daxil oldubackend

Dünya müharibəsi burada başlaya bilər! – Fransa da daxil oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin və ABŞ arasında Tayvan gərginliyi davam etdiyi bir vaxtda bu həftə 5 fransız deputatdan və ABŞ Konqresinin üzvlərindən ibarət daha bir nümayəndə heyətinin Tayvana səfəri gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, Tayvan Xarici İşlər Nazirliyindən verilən açıqlamada Fransa nümayəndə heyətinin sabah Tayvana səfər edəcəyi və sentyabrın 12-dək ölkədə qalacağı bildirilib.

Nazirlikdən bildirilib ki, 5 deputatdan ibarət Fransa nümayəndə heyətinə senator Siril Pellevat rəhbərlik edəcək. Nümayəndə heyətinin Tayvan liderinin müavini Uilyam Lai ilə görüşəcəyi qeyd edilib.

ABŞ mətbuatında çıxan xəbərlərə görə ABŞ Konqresinin üzvlərindən ibarət nümayəndə heyətinin Tayvana səfər edəcəyi və cümə gününə qədər ölkədə qalması gözlənilir.

Xatırladaq ki, Çin Xarici İşlər Nazirliyi Konqres Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvan adasına səfəri ilə bağlı ABŞ-a xəbərdarlıq etmişdir.

Daha sonra ABŞ-nin Ticarət və Silahlı Xidmətlər Komitəsinin üzvü senator Marşa Blekbern avqustun 26-da Çinin Tayvana təzyiq və təhdidlərinə baxmayaraq Tayvana 3 günlük səfər edərək Tayvan lideri Tsai İnq-ven ilə görüşüb.

Qeyd edək ki, Çin rəhbərliyi Tayvanın Çinin bir hissəsi olduğunu bildirsə də, Tayvan “müstəqil ölkə” olduğunu bəyan edir. ABŞ isə Tayvanı müstəqil ölkə kimi tanımamasına baxmayaraq Asiya-Sakit okean regionunda hərbi ittifaqlarını gücləndirməyə çalışır.

Pekin ABŞ gəmilərinin bölgədəki fəaliyyətini “Tayvanın müstəqilliyinə dəstək siqnalı” və “təxribat” kimi şərh edərək Tayvana yüksək səviyyəli səfərləri isə “öz işlərinə müdaxilə” və “Tayvanın suverenliyinin faktiki olaraq tanınması” kimi qiymətləndirir.

Jalə Bədirova

NOCOMMENT.az