Dünya otyeyən və ətyeyənlərdən ibarətdir – Makronbackend

Dünya otyeyən və ətyeyənlərdən ibarətdir – Makron

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Trampın seçilməsindən sonra otyeyən olmamalıdır, hər şeyi yeyən olmalıdır.

NOCOMMENT.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin iclasında deyib.

“Politiko” yazır ki, E.Makron Avropanın Çin və ABŞ kimi ticarət rəqiblərindən daha müstəqil olmaq cəhdlərinin əsas tərəfdarı olması ilə məşhurdur.

“Mənim üçün hər şey sadədir. Dünya otyeyən və ətyeyənlərdən ibarətdir. Əgər biz otyeyən kimi qalmaq istəsək, ətyeyənlər qalib gələcək və biz onlar üçün bazar olacağıq. Məncə, biz hər şeyi yeyən olmalıyıq. Mən aqressiv olmaq istəmirəm, sadəcə bilirik ki, bu məsələlərdə özümüzü necə müdafiə edək”, – deyə Makron Budapeştdəki Avropa liderlərə deyib.

Nəşr vurğulayıb ki, Makronun son dövrlər Avropa Birliyində mövqeyi laxlayıb. O, özəlliklə özünü AB ilə ABŞ arasında əsas zəncir kimi göstərməyə çalışıb. Bu baxımdan adının çəkilməsini istəməyən diplomatlardan biri nəşrə deyib ki, Makron AB-ni daha suveren etmək üçün Trampın seçilməyini bəhanə kimi istifadə etməyə çalışır. Buna qəzet Macarıstan XİN rəhbəri Peter Siyartonun Budapeştdə verdiyi açıqlamanı göstərib:

“Avropa düşünməlidir. Əgər siz mənə “Avropa ABŞ-ı əvəz etməldirmi?” nəzəri sualını versəniz, buna açıq-aşkar “yox” deyərdim. ABŞ-dakı seçkilərin nəticələri təkcə Avropada yox, dünyada da yeni reallıq yaradır”.

“Politiko”ya danışan adının çəkilməsini istəməyən Avropa Birliyi diplomatı deyir ki, Budapeştdəki iclasda onlar Makronun birlik çağırışlarına inanmayıblar:

“O birlikdən danışır, amma bunun mənası fransız birliyidir. Əgər bu, yenidən körpüləri yandırmaqdırsa, o zaman çox sağ olsun, bizə lazım deyil. Biz transatlantik münasibətlər üçün açıq qalmaq istəyirik”.