Dünya Ticarət Təşkilatının iclası öz işinə başlayıb – Artan qlobal problemlər…backend

Dünya Ticarət Təşkilatının iclası öz işinə başlayıb – Artan qlobal problemlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərində Dünya Ticarət Təşkilatının iclası öz işinə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, təşkilatın direktoru Ngozi Okonyo-İvela Avropa, Yaxın Şərq və Afrikadakı münaqişələr nəticəsində artan qlobal qeyri-sabitliyə diqqət çəkib.

O, qiymətlərin artmasının vacib mallara mənfi təsirini və qlobal ticarət yollarında pozulmaları qeyd edib:

“Hazırda dünyada geosiyasi gərginlik daha da pisləşib. Münaqişə Yaxın Şərqə və Afrikanın bəzi hissələrinə, eləcə də ərəb dünyasına yayılıb. Onsuz da pandemiya bütün dünyada insanların həyatına çox pisləşdirmişdi, ardınca da Ukraynadakı müharibə dünyada enerji və ərzaq təhlükəsizliyinə ciddi təhlükə yaratdı. Ərzaq, enerji, gübrə və digər zəruri məhsulların bahalaşması insanların alıcılıq qabiliyyətinə təsir edir”.