Britaniya hərbçiləri Rusiya ilə potensial silahlı münaqişə ehtimalına qarşı gizli hazırlıq işləri aparır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Nəşrin mənbələrinə istinadən bildirilir ki, Britaniya ordusunun ən böyük piyada alaylarından birinin əsgərləri mümkün müharibə ssenariləri üzrə intensiv təlimlər keçirlər. Təlimlər real döyüş şəraitinə yaxın mühitdə təşkil olunub.
Hərbi hazırlıq tədbirləri Müdafiə Nazirliyinə məxsus və Uiltşir qraflığında yerləşən Solsberi düzənliyində keçirilir. Döyüş manevrləri üçün xüsusilə Koupxill-Daun ərazisindən istifadə olunur.
Qeyd olunur ki, Rusiya hakimiyyəti Avropa ölkələrinə qarşı hər hansı silahlı münaqişə planlarının olmadığını dəfələrlə bəyan edib. Daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa tərəfindən mümkün hücum halında Rusiyanın bütün mövcud hərbi vasitələrlə cavab verəcəyini bildirib.
Aliyə
NOCOMMENT.az












