Dəhşətli partlayış baş verdi - Bu ölkədə - VİDEO

Dəhşətli partlayış baş verdi - Bu ölkədə - VİDEO

Nyu-Yorkun ürəyi sayılan Manhettendə baş verən güclü partlayış şəhərdə böyük xaosa və qorxuya yol açıb.

Turistlərin və yerli sakinlərin ən sıx hərəkət etdiyi ərazidə qeydə alınan hadisə insanları təşvişə salıb.

NOCOMMENT.az xəbər verir ki, insident məşhur maliyyə simvollarından biri olan “Hücum edən öküz” (“Charging Bull”) heykəlinin bir neçə addımlığında qeydə alınıb. Küçədə dayanan avtomobilin qəfil partlaması nəticəsində ətrafı alov və reaktiv duman bürüyüb.

Sosial platformalarda paylaşılan videoçarxlarda nəqliyyat vasitəsinin saniyələr içində alov topuna çevrilməsi və göyə ucalan qara tüstü aydın görünür. Güclü səs və alov partlayışından vahiməyə düşən şahidlər canlarını qurtarmaq üçün müxtəlif tərəflərə qaçmağa başlayıblar.

Hadisənin dərhal ardından şəbəkə istifadəçiləri arasında bunun bir terror hücumu ola biləcəyi barədə şayiələr yayılsa da, rəsmi Vaşinqton hələlik məsələyə dair konkret bəyanat yaymayıb. Hazırda partlayışın hansısa texniki nasazlıqdan qaynaqlandığı, yoxsa qəsdən törədildiyi müvafiq ekspertlər tərəfindən incələnir.