Makron Suriyadakı vəziyyətdən narahatlığını bildirdi – FOTO

Makron Suriyadakı vəziyyətdən narahatlığını bildirdi – FOTO

Fransa prezidenti Emmanuel Makron Suriyada artan gərginliklə bağlı narahatlığını ifadə edib.

NOCOMMENT.az xəbər verir ki, Makron bu gün səhər saatlarında Suriya prezidenti Əhməd əl-Şaraa ilə telefon danışığı apardığını açıqlayıb. O, danışıq zamanı Suriyada vəziyyətin eskalasiyasından ciddi narahatlıq keçirdiyini vurğulayıb.

“Bu gün səhər Suriya prezidenti Əhməd əl-Şaraa ilə danışdım və Suriyada gərginliyin artmasından narahatlığımı ifadə etdim. Ölkənin birliyinin və sabitliyinin qorunması üçün daimi atəşkəsin təmin olunması və Suriya Demokratik Qüvvələrinin (SDQ) Suriya dövlətinə inteqrasiyası ilə bağlı razılaşma zəruridir”, – deyə Fransa prezidenti X sosial şəbəkəsində yazıb.

Makronun bu açıqlaması Suriyada hərbi və siyasi proseslərin yenidən fəallaşdığı, regionda təhlükəsizlik risklərinin artdığı bir dövrdə səsləndirilib. Fransa tərəfi Suriyada siyasi dialoqun və institusional birliyin bərpasını böhrandan çıxış yolu kimi dəyərləndirir.