Məşhur şirkət rəhbəri BELƏ həbs edildi - ŞOK GÖRÜNTÜLƏR

Məşhur şirkət rəhbəri BELƏ həbs edildi - ŞOK GÖRÜNTÜLƏR

Rusiyada dövlət vəsaitlərinin mənimsənilməsi və irimiqyaslı maliyyə cinayətlərinə qarşı növbəti səs-küylü əməliyyat keçirilib. Ölkənin ən böyük tullantıların daşınması şirkətlərindən birinin rəhbəri qandallanıb.

NOCOMMENT.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Kabardin-Balkar Respublikasında məişət tullantılarının daşınması və idarə olunması ilə məşğul olan "Ekologistika" MMC-nin rəhbərinin saxlanılma görüntülərini paylaşıb. Şirkət rəhbəri dövlət büdcəsindən xüsusilə külli miqdarda vəsaiti yayındırmaqda ittiham olunur.

FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı rəsmi məlumata görə, sözügedən şirkət Kabardin-Balkar ərazisində irihəcmli dövlət müqavilələrinin (qonkontrakt) icrası prosesində sistematik qanunsuzluqlara yol verib. İstintaq müəyyən edib ki, müəssisə rəhbərliyi dövlət büdcəsinə ödənilməli olan vergi məbləğlərini süni şəkildə azaltmaq məqsədilə rəsmi vergi hesabatlarını qəsdən saxtalaşdırıb və təhrif olunmuş rəqəmlər daxil edib. Araşdırmalar nəticəsində şirkətin dövlətə vurduğu ümumi ziyanın 500 milyon rubldan (təxminən 5.5 milyon dollar) çox olduğu üzə çıxıb. Faktla bağlı xüsusilə külli miqdarda vergidən yayınma maddəsi ilə cinayət işi açılıb, saxlanılan rəhbər şəxs barəsində həbs qətimkan tədbiri seçilib və cinayət zəncirinin digər iştirakçılarının müəyyən edilməsi üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.