“İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfərinin iki məqsədi ola bilər”.
Bu sözləri NOCOMMENT.az-a politoloq Elxan Şahinoğlu İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, B.Netanyahu ABŞ Prezidenti Donald Trampın hansı addımlar atmağı planlaşdırdığını dəqiqləşdirməyə çalışır:
“Xüsusilə İrana zərbə endirilib-endirilməyəcəyi əsas müzakirə mövzusudur. Bundan başqa, İranla danışıqlarda hansı bəndlərin müzakirə ediləcəyi müəyyənləşdirilməlidir.
Hazırda tərəflər arasında əsas məsələ uranın zənginləşdirilməsinin dayandırılmasıdır. İran buna razılıq verdiyini bildirir.
İsrailin tələbi isə İranın ballistik raket istehsalının azaldılmasıdır.
Netanyahunun digər məqsədi İrana mümkün zərbələrin endirilməsinə ABŞ-nin razılığını təmin etməkdir.
ABŞ ilə İsrail arasında müəyyən fikir ayrılıqları olsa da, Təl-Əviv Vaşinqtonu bu məsələdə razı salmağa çalışır. Netanyahu bu mövzuda kifayət qədər ciddi mövqe sərgiləyir və hətta lobbi imkanlarından istifadə edərək təzyiq mexanizmlərini işə sala bilər.
Donald Tramp isə qərarlarını başqalarının təsiri ilə deyil, ABŞ-nin milli maraqlarını əsas götürərək verir”.
Atilla Rzasoy












