Pakistan Qəzza üzrə Sülh Şurasına qoşulmaq üçün rəsmi dəvət alıb.
NOCOMMENT.az bildirir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Reuters agentliyinin yaydığı məlumata görə, müvafiq dəvət ABŞ Prezidenti Donald Tramp tərəfindən Pakistanın Baş naziri Şahbaz Şərifə ünvanlanıb.
Qeyd olunur ki, bundan əvvəl Macarıstan və İtaliyanın baş nazirləri, eləcə də İordaniya kralı da Qəzza üzrə Sülh Şurasının tərkibinə daxil olmaq üçün dəvət alıblar.
Şuranın yaradılmasının məqsədi Qəzza ətrafında mövcud böhranın siyasi-diplomatik yollarla həllinə töhfə vermək və regionda uzunmüddətli sabitliyə nail olmaqdır.












