Xocalı qatili Serj Sarkisyanın silahdaşı TUTULDU

Xocalı qatili Serj Sarkisyanın silahdaşı TUTULDU

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ölkənin maliyyə nazirinin keçmiş müavini, həmçinin Dövlət Gəlirləri Komitəsinin sabiq sədr müavini Vaxtanq Mirumyanı saxlayıb.

NOCOMMENT.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Mirumyan bu vəzifələri Xocalı qatili Serj Sarkisyanın prezidentliyi dövründə tutub.
Erməni mediasının məlumatına əsasən, saxlanılan şəxs hazırda “Qazprom Ermənistan” QSC-nin ticarət və xarici əlaqələr üzrə baş direktor müavini vəzifəsində çalışırmış.

Hadisənin detalları və irəli sürülən ittihamlarla bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib.