Dünyaca məşhur TV həkimi Yunanıstan adalarında itkin düşübbackend

Dünyaca məşhur TV həkimi Yunanıstan adalarında itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur televiziya həkimi Maykl Mosli Yunanıstanın Simi adasında istirahət edərkən itkin düşüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, 67 yaşlı həkimlə bir müddətdir, heç bir əlaqə yaratmaq mümkün deyil.

Yunan polisinin yerli KİV-ə verdiyi məlumata əsasən, Maykl Mosli həyat yoldaşını çimərlikdə qoyduqdan sonra adanın mərkəzinə gəzintiyə çıxıb. Daha sonra onunla əlaqə kəsilib. Onun telefonu həyat yoldaşı ilə istirahət etdiyi məkandan tapılıb.

Qeyd edək ki, Maykl Mosli BBC-nin məşhur “Mənə güvən, mən həkiməm” serialı və “The One Show” telelayihəsi ilə populyarlıq qazanıb.