Dünya ölkələrində mərkəzi bankların uçot dərəcəsi ilə bağlı qərarları daxili kredit faizlərinə birbaşa təsir edir, çünki iqtisadi qanunlar var, qəliz (yaxşı mənada) iqtisadi sistem özünü tənzimləyir.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki,bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
O bildirib ki, Azərbaycanda son 1 ildə uçot dərəcəsi sabit idi, artıb-azalmırdı, bir neçə gün öncə MB uçot dərəcəsində 0,25% azalmaya getdi:
“Məntiqlə, ölkədə son 1 ildə kredit faizləri, ən azından, sabit qalmalı idi, normal iqtisadi sistemdə belə olur. Ancaq 1 iyun 2025-ci il tarixinə manatla verilən kreditlər üzrə orta illik faiz dərəcəsi 18.45% təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.42% artım deməkdir.
Yəni, MB uçot dərəcəsini sabit saxlayıb, hətta sonda azaldıb, amma kreditlərin orta illik faiz dərəcəsi 3,5%-ə yaxın artıb”.
Ekspert bunun məntiqdənkənar olduğunu və ölkə iqtisadiyyatının tamamilə yenilənməsinin vacibliyini vurğulayıb.