Dünyada ən çox etibar edilən peşələr – SİYAHIbackend

Dünyada ən çox etibar edilən peşələr – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada insanların ən çox etibar etdiyi peşələrin siyahısı açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, İqtisadiyyat.az-ın araşdırmasına görə, bununla bağlı 31 ölkədə sorğu aparılıb.

Aparılan sorğunun nəticələrinə görə, həkim dünyada ən etibarlı peşə seçilib.

Belə ki, respondentlərin 58 faizi həkimlərin müxtəlif peşə və sadə insanlardan ibarət qrup arasında ən etibarlısı olduğunu bildiriblər. Reytinqdə alim və müəllimlər də yer alıb.

Peşə Etibarlı Etibarsız
Həkim 58% 15%
Alim 57% 15%
Müəllim 53% 16%
Silahlı Qüvvələr 42% 23%
Polis 36% 32%
Hakim 35% 31%
Vəkil 29% 33%
Aparıcı 29% 33%
Din xadimlər 27% 40%
Dövlət qulluqçuları 25% 35%
Jurnalist 25% 38%
Bankir 25% 38%