Dünyada ən çox istifadə edilən şifrələr açıqlanıb – FOTObackend

Dünyada ən çox istifadə edilən şifrələr açıqlanıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə sosial şəbəkə və email ünvanları üçün ən çox təyin olunan şifrələr açıqlanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, “NordPass” tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq ən çox qoyulan 200 şifrə açıqlanıb. Şirkətin açıqladığı məlumatda qeyd olunub ki, ən zəif 20 şifrənin 17-i xakerlər tərəfindən bir dəqiqədən də qısa müddətdə sındırılır.

Bundan başqa, “NordPass” araşdırmaların nəticəsi olaraq sosial şəbəkə istifadəçilərini bir sıra təhlükələrdən də xəbərdar edib. Qeyd olunub ki, kiberhücumlar nəticəsində oğurlanan informasiya və vəsiqələrdən qara bazarda müxtəlif məqsədlər üçün istifadə edilib.

Şirkətin yaydığı məlumata görə, parolların sındırılması nəticəsində əldə olunan məlumatların 86 faizi qeyri-leqal bazarlarda müxtəlif alış-verişlər zamanı istifadə olunub.

Bu səbəbdən də şirkət “123456” tipli şifrələri təyin edərkən istifadəçilərə daha çox düşünməyi tövsiyə edir.

“NoprdPass” qabaqlayıcı tədbirlər üçün tövsiyələrini də açıqlayıb. Qeyd olunub ki, parol mütəmadi olaraq dəyişdirilməli, ən azı 20 simvol uzunluğunda olmalı və içində rəqəm, böyük və kiçik hərfləri, xüsusi simvolları ehtiva etməlidir. Bundan başqa, parol təyin olunarkən təvəllüd, şəxs adlarını qoymaqdan, birdən çox sosial şəbəkə üçün eyni paroldan istifadədən imtina etmək tövsiyə olunur. Kibertəhlükələrdən qorunmaq üçün cihazlarda pin, barmaq izi, üz skanından istifadə etmək məsləhət görülür.

2023-cü ildə ən çox qoyulan 20 şifrəni təqdim edirik: