Dünyada ərzaq qiymətləri son 18 ayın ən yüksək səviyyəsinə çatdıbackend

Dünyada ərzaq qiymətləri son 18 ayın ən yüksək səviyyəsinə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrda dünyada ərzaq qiymətləri son 18 ayda ən yüksək templə artıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında deyilir.

FAO dünyada ərzaq qiymətlərində son 1,5 ildə ən sürətli artımı qeydə alıb. Belə ki, qiymət indeksi sentyabrda 2,1% artaraq 124,4 bənd təşkil edib.

Məlumata görə, əsas ərzaq məhsullarının bahalaşmasına şəkərin beynəlxalq qiymətinin 10,4% artması səbəb olub. Bu dövrdə FAO taxıl qiymətləri indeksi 3% artıb. Buna buğda və qarğıdalı üçün ixrac qiymətlərinin artması təsir göstərib.

Hesabat dövründə bitki yağının (4,6%), süd məhsullarının (3,8%) və ətin (0,4%) qiymətində də artım müşahidə olunub.