Dünyada eyni vaxtda elan olunacaq oyuna Azərbaycan da qatılacaqbackend

Dünyada eyni vaxtda elan olunacaq oyuna Azərbaycan da qatılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 27-31-də dünyanın 200-yə yaxın ölkəsində eyni anda təşkil ediləcək “Global Game Jam 2021”ə Azərbaycandan da qoşulmaq mümkün olacaq.

NOCOMMENT bu barədə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, oyun qurumun, “Game Tech Azerbaijan”ın təşkilatçılığı, “SUP VC”, “Next Step” İnnovasiya Mərkəzi, “Creative.az” və “Mad Rooster” şirkətlərinin dəstəyi ilə ölkəmizdə də baş tutacaq.

Məqsəd Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, bu sahəni inkişaf etdirmək, xüsusilə beynəlxalq arenaya çıxışlarına kömək etməkdir.

Ölkəmizdə “Global Game Jam Azerbaijan” ilk dəfədir ki onlayn keçirilir. Tədbirdə oyun yaratmağa həvəsli proqramçılar, rəssamlar, dizaynerlər, “3D” modelçilər, səs və vizual effekt mütəxəssisləri iştirak edə biləcəklər.

Müsabiqə zamanı iştirakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. Mövzu bütün dünyada eyni vaxtda elan olunacaq. “Global Game Jam 2021”-in iştirakçıları dəyərli hədiyyələr qazanacaqlar.

Qeyd edək ki, qeydiyyat iki mərhələdən ibarətdir. Aşağıdakı qeydiyyat linklərinə daxil olmaqla “Global Game Jam”də iştirak etmək mümkündür.

https://globalgamejam.org/user/signup/to/participate/using

http://bit.ly/34NgmV6