Dünyada koronavirusdan adambaşına ölüm sayına görə LİDER ÖLKƏ dəyişdibackend

Dünyada koronavirusdan adambaşına ölüm sayına görə LİDER ÖLKƏ dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVID-19 virusundan ölüm hallarının adambaşına sayına görə Çex Respublikası birincidir.

NOCOMMENT.az “Mlada Fronta Dnes”ə istinadən xəbər verir ki, 10,67 milyon əhalisi olan ölkədə son iki həftə ərzində hər 100 min əhaliyə düşən koronavirusdan ölüm sayı 26 nəfərə çatıb.

Həmin reytinqdə ikinci yerdə 23 nəfər göstəricisinə malik Sloveniya, üçüncü yerdə 22 nəfərlə Macarıstan qərarlaşıb.

Həmçinin bütövlükdə pandemiya dövründə hər 100 min əhaliyə düşən koronavirusdan ölüm sayına görə, Çex Respublikası 222 göstərici ilə ikinci yerdədir. Birinci yerdə isə 227 nəfər göstərici ilə San Marino qərarlaşıb.

Çex Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 24 117 nəfərdir. Bunların 215 nəfəri son 24 saat ərzində dünyasını dəyişib. /Report