Dünyada koronavirusla bağlı SON VƏZİYYƏTbackend

Dünyada koronavirusla bağlı SON VƏZİYYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 58,284,568 -dir.

NOCOMMENT.az xəbər verir ki, dünyanın ayrı-ayrı ölkələrində COVID-19-dan ümumilikdə 1,383,669 nəfər ölüb, virusa yoluxmuş, 40,364,232 insan sağalıb.

ABŞ dünyada koronavirusa ən çox yoluxma hallarının sayı üzrə birinci yerdədir. Birləşmiş Ştatlarda COVID-19-a 12,346,783 nəfər yoluxub. Siyahıda ikinci yerdə Hindistan qərarlaşıb. Bu ölkədə 9,095,543 nəfərə koronavirusa yoluxma diaqnozu qoyulub. Üçüncü yerdə isə Braziliya yer alıb. Burada 6,020,164 nəfərdə koronavirus aşkarlanıb. Siyahıda dördüncü yerdə 2,109,170 yoluxma ilə Fransa, beşinci yerdə isə qonşu ölkə Rusiya dayanır. Bildirilir ki, bu günədək Rusiyada 2,064,748 yoluxma faktı qeyd olunub. Qardaş ölkə Türkiyə isə 440,805 yoluxma ilə 25-ci yerdədir.

Qeyd edək ki, Azərbaycan dünya statistikalarına görə 89,898 yoluxma sayına görə 66-cı yerdə dayanır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 220 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.