Dünyada neçə ölkədə meymunçiçəyi yayılıb? – ÜSTbackend

Dünyada neçə ölkədə meymunçiçəyi yayılıb? – ÜST

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda dünyada meymunçiçəyinə 18 mindən çox insan yoluxub.

32gun.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus deyib.

“İndiyədək 78 ölkədə 18 mindən çox yoluxma halı aşkarlanıb”, – Qebreyesus bildirib.

O qeyd edib ki, yoluxma hallarının 70%-dən çoxu Avropada, 25%-i isə Amerika qitəsində qeydə alınıb.