Dünyada nüvə təhdidi artıbbackend

Dünyada nüvə təhdidi artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada nüvə silahı təhdidi artıb və yaxın iyirmi ildə də yüksək səviyyədə qalacaq”.

NOCOMMENT.az xəbər verir ki, bu qiymətləndirmələr Böyük Britaniya hökumətinin ölkənin nüvə silahının qarşısını alma vasitələrinin gələcəyinə dair hesabatında yer alıb.

Açıqlamasında nüvə risklərinin artdığını deyən krallığın müdafiə naziri Qrant Şepps bildirib ki, Rusiya Kiyevə kömək etməyi dayandırmaq üçün məsuliyyətsiz nüvə ritorikasından istifadə etməyə çalışır.

“Çin döyüş başlıqlarının sayını sürətlə artırır və çatdırılma vasitələrinin arsenalını genişləndirir. İndi nüvə klubunun köhnə üzvlərinə yeniləri qoşulur”, – deyə Şepps diqqətə çatdırıb.

Onun sözlərinə görə, Koreya Xalq Demokratik Respublikası və İranın nüvə proqramlarının inkişafı fonunda Böyük Britaniya “məsuliyyətli nüvə gücü” statusunu qorumalı və ölkənin nüvə arsenalını, strateji sualtı raket daşıyıcıları donanmasını yeniləmək üçün işlərini davam etdirməlidir.