Dünyanın 100 brend şəhəri açıqlandı – Türkiyədən 3 şəhər varbackend

Dünyanın 100 brend şəhəri açıqlandı – Türkiyədən 3 şəhər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın aparıcı marka qiymətləndirmə təşkilatı “Brand Finance”in “City Index 2024” araşdırması ilə bu ilki 100 brend şəhər açıqlanıb. İstanbul, Antalya və İzmir yenidən siyahıda yer alıb.

NOCOMMENT.az News24.az-a istinadən xəbər verir ki, 20 ölkədən 15 min insanın qatıldığı sorğuda şəhərlər tanınma, prestij və üstünlük, həmçinin iş həyatı və investisiya cəlbediciliyi, mədəniyyət və irs, elm və təhsil, yaşana bilmək və davamlılıq kimi mövzular baxımından araşdırılıb.

Siyahıda ilk üçlükdə London, Nyu-York və Paris olub. Ötən il 57-ci olan İstanbul bu il 6 pillə yüksələrək, 51-ci olub. Antalya 93-cü, İzmir isə 98-ci yerdə qərarlaşıb.

İstanbul prestij göstəricisinə görə 51-ci, Antalya 93-cü, İzmir isə 97-ci yerdə qərarlaşıb. Üstünlük sıralamasında İstanbul 62-ci, Antalya 93-cü, İzmir 97-ci yerdə qərarlaşıb.