Dünyanın aparıcı ödəniş sistemi ölkəmizdə aktivləşdibackend

Dünyanın aparıcı ödəniş sistemi ölkəmizdə aktivləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən Azərbaycanda təmassız ödəniş sistemi olan “Google Pay” istifadəyə verilib.

Bəs “Google Pay” nədir, ondan necə istifadə olunur?

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu texnologiya bütün dünyada populyardır. “Google Pay” və ya GPay (əvvəlki adı Android Pay) “Google” tərəfindən hazırlanmış mobil cihazlar vasitəsilə elektron ödəmə sistemidir. Mobil telefonlardan, planşet və hətta ağıllı saatlardan məhsulların ödənişlərini etmək mümkündür.

“Google Pay” ilə hansı növ ödəniş edilə bilər?

Bura bütün növ ödənişlər daxildir. Məsələn, mağazadan aldığınız meyvənin qiymətini ödəmək istəyirsiniz. Bunun üçün kassaya gedib mobil telefonunuzu ödəmə terminalına yaxınlaşdıraraq, ödəmə əməliyyatını həyata keçirə bilərsiniz.

“Google Pay” ödəmə əməliyyatlarında NFC (Near Field Communication) texnologiyasından istifadə edilir. Bu da qısa mənzilli simsiz rabitədir (məlumatlar yalnız 4 sm məsafədə cihazlar arasında ötürülür). Belə əməliyyatlar tamamilə təhlükəsizdir.

Ödənişlərin təhlükəsizliyinə gəlincə, “Google Pay” barmaq izi skanerini özündə birləşdirən biometrik identifikasiya sistemindən istifadə edir. Cihazda skaner yoxdursa, bir parol və ya PIN kodu girişi istifadə olunur.

“Google Pay”in əsas xüsusiyyətlərindən biri rahatlıq hesab edilməlidir. Hər şeydən əvvəl artıq bank kartını özünlə aparmaq lazım deyil. Xidmətə əlavə olunduqdan sonra mobil telefonunuzla kartsız rahatlıqla ödəmə edə bilərsiniz.

Tətbiqi yükləmək üçün yalnız rəsmi “Play Market” tətbiqetmə mağazasından istifadə etmək lazımdır.

Ölkəmizdə bü gündən etibarən “PAŞA Bank”, “Bank Respublika”, “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” “Unibank”ın kart sahibləri “Google Pay”dan yararlanmaq imkanı qazanıblar. Növbəti mərhələdə digər bankların da sistemə qoşulacağı gözlənilir.

Qeyd edək ki, “Google Pay” 2015-ci ilin sentyabrın 11-də yaradılıb və “Android” platformasında olan mobil telefonlar, planşetlər və digər ağıllı cihazlarda çalışır.