Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin məlumatına görə, “Barselona”nın 17 yaşlı hücumçusu Lamin Yamal dünyanın ən bahalı futbolçusudur.
NOCOMMENT.az akupost.az-a istinadən xəbər verir ki, ispaniyalı vunderkindin dəyəri 402,3 milyon avro məbləğində qiymətləndirilir.
Dünyanın ən bahalı 10 futbolçusunu təqdim edirik:
1. Lamin Yamal (“Barselona”) – 402,3 milyon avro;
2. Erlinq Haaland (“Mançester Siti”) – 239,6 milyon avro;
3. Cud Bellinqem (“Real Madrid”) – 233,8 milyon avro;
4. Kilian Mbappe (“Real Madrid”) – 192,5 milyon avro;
5. Camal Musiala (“Bavariya”) – 154,8 milyon avro;
6. Pedri (“Barselona”) – 143,7 milyon avro;
7. Vinisius Junior (“Real Madrid”) – 130,4 milyon avro;
8. Koul Palmer (“Çelsi”) – 126,5 milyon avro;
9. Xulian Alvares (“Atletiko Madrid”) – 126 milyon avro;
10. Florian Virts (“Bayer”) – 122,3 milyon avro.
Qeyd edək ki, ötən mövsüm Yamal klub səviyyəsində 55 matçda iştirak edib, 18 qol vurub və 21 məhsuldar ötürmə edib.