Dünyanın ən böyük cheesecake ABŞ-da hazırlanıb.
NOCOMMENT.az xəbər verir ki, rekord illik qaymaqlı pendir festivalında qeydə alınıb.
Nyu-Yorkun Louvil şəhərində keçirilən Krem Pendir Festivalında yeni rekord qeydə alınıb – xəmir aşpazları dünyanın ən böyük cheesecake-ni hazırlayıblar.
“Bu, sadəcə inanılmazdır. 2013-cü ildə rekord vurduq və bu il onu yenidən qırdıq”, – festivalın sədri Jeremiah Papineau bildirib.
Rekord qıran cheesecake bir çox hissələrə bölünərək festivalın qonaqlarına paylanıb, qalan hissələr isə xeyriyyə məqsədi ilə verilib.