Dünyanın ən böyük “puzzle”ı satışa çıxarılıbbackend

Dünyanın ən böyük “puzzle”ı satışa çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fotoqrafik materiallar istehsal edən Amerika şirkəti “dünyanın 27 möcüzəsi” adlı tarixin ən böyük “puzzle”ı təqdim edib.

NOCOMMENT.az Ria Novostiyə istinadən xəbər verir ki, “puzzle” 51300 hissədən ibarətdir. Bir dəstdə hər biri 1900 fraqment və afişadan ibarət ayrıca qablaşdırılmış 27 “puzzle”var. “Dünyanın möcüzələri” arasında Nasir əl-Mulk məscidi və ya “Çəhrayı məscid” (İran), Kolizey (İtaliya), Borobudur (İndoneziya), Eyfel qülləsi (Fransa), Giza Piramidaları (Misir), Müqəddəs Vasil məbədi (Rusiya) və s xüsusi məkanlar yer alıb. Yığılmış hissələr daha sonra böyük bir şəkildə birləşdirilir.

51300 hissədən ibarət olan mozaikanın ölçüsü 8,69*1,9 metrdir.

Xatırladaq ki, daha əvvəl ən böyük “puzzle” 42 min hissədən ibarət olub.