Dünyanın ən böyük sərnişin təyyarəsinin ilk türk qadın kapitanı – FOTObackend

Dünyanın ən böyük sərnişin təyyarəsinin ilk türk qadın kapitanı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gökçe Kübra Yıldırım dünyanın ən böyük sərnişin təyyarəsi olan “Airbus A380″də kapitan pilot kreslosuna əyləşən ilk türk qadın pilot olub. 

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, peşəkar karyerasına Türk Hava Yollarının (THY) təyyarə baxım şirkəti THY Teknikdə təcrübə keçərək başlayan Yıldırım aldığı təhsildən sonra THY-nin “Airbus” donanmasında ikinci pilot olaraq işə başlayıb.

Karyerasını Dubayda bir hava yolu şirkətində davam etdirən Yıldırım uzun illər dünyanın ən böyük sərnişin təyyarəsi olan “A380″də ikinci pilot vəzifəsində çalışıb.

Yıldırım sosial media hesabında dünyanın ən böyük sərnişin təyyarəsi olan ikimərtəbəli “A380″də kapitan kreslosuna əyləşən ilk türk qadın pilot olduğunu açıqlayıb.

Hisslərini bölüşən Yıldırım, “Təxminən 12 il əvvəl başladığım bu səyahət məni bu gün kapitanlıq həddinə çatdırdı. Hər addımım, hər çətinliyim, hər uğur mənə çox şey qatdı. Bu peşə sadəcə bir iş deyil, həyatımın bir parçası oldu. Bu gün burada olmağıma şərait yaradan, hər zaman mənə dəstək olan, indi A30-da rəsmi olaraq arxamda olan hər kəsə təşəkkür edirəm”, – deyib.\\Unikal

  • Dünyanın ən böyük sərnişin təyyarəsinin ilk türk qadın kapitanı - FOTO
  • Dünyanın ən böyük sərnişin təyyarəsinin ilk türk qadın kapitanı - FOTO

Buna da baxın

Region Liqasının başlama tarixi bəlli oldubackend
İdman
Region Liqasının başlama tarixi bəlli oldu