Dünyanın ən çox əhalisi olan ölkəsi bu həftə dəyişəcəkbackend

Dünyanın ən çox əhalisi olan ölkəsi bu həftə dəyişəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı Hindistanın bu həftənin sonuna qədər Çini geridə qoyaraq dünyanın ən çox əhalisi olan ölkəsi olacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, yeni məlumatlara görə, Hindistan əhalisinin aprel ayının sonuna kimi 1 milyard 425 milyon 775 min 850 nəfərə çatacağı gözlənilir.

Keçən həftə BMT komandası Hindistanın bu ilin ortalarına qədər Çini keçəcəyini proqnozlaşdırmışdı.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (DESA) bəyanatında deyilir: “Çin tezliklə dünyanın ən sıx məskunlaşdığı ölkə kimi uzun müddət saxladığı statusunu itirəcək”.

Qeyd edək ki, Asiya ölkələri 70 ildən artıqdır ki, dünya əhalisinin üçdə birindən çoxunu təşkil edir.

NOCOMMENT.AZ