Ukraynaya təcavüz cəhdinin birinci ilinin sonunda Rusiya dünyanın ən çox sanksiyaya məruz qalan ölkəsi kimi gündəmə gəldi.
NOCOMMENT-in məlumatına görə, Rusiyaya qarşı ən çox sanksiya tətbiq edən ölkə ABŞ-dır.
Rusiyanın Ukraynadakı müharibəsindən sonra Qərb ölkələri Rusiyaya ağır iqtisadi bədəl ödəmək üçün çoxsaylı sanksiyalar tətbiq etməyə başladılar. Davam edən hücumlarla zaman keçdikcə sanksiyaların əhatə dairəsi daha da genişləndi və maliyyə, enerji, nəqliyyat, media, texnologiya, avtomobil, idman və ticarət kimi bir çox sahədə Rusiyaya qarşı sanksiyalar tətbiq edildi.
Rusiya 22 fevral 2022-ci il tarixinə qədər 11 327 yeni sanksiyaya məruz qalıb. Ümumiyyətlə isə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ümumi sayı 14 min 22-yə çatıb.
Bu rəqəmlə Rusiya İranı 4268, Suriyanı 2643, Şimali Koreyanı 2133 sanksiya ilə geridə qoyub.