Dünyanın ən dadsız yeməkləri – SİYAHIbackend

Dünyanın ən dadsız yeməkləri – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur qastronomiya platforması “TasteAtlas” dünyanın ən bəyənilməyən yeməklərinin yeni siyahısını dərc edib.

NOCOMMENT.az axşam.az-a istinadən xəbər verir ki, istifadəçi rəylərinə əsasən tərtib olunan reytinqdə birinci yeri İslandiyaya məxsus “Svid” (bişmiş qoyun başı) tutub. Əvvəlcə qoyun başı yarıya bölünür, açıq odda tükü yandırılır və sonra qaynadılır.

İkinci pillədə də island mətbəxinə aid “Thorramatur” var. Bu, yanvarın ortasından fevralın ortasına qədər yeyilən müxtəlif milli delikateslərdən ibarət dəstdir: fermentləşdirilmiş köpəkbalığı əti, hisə verilmiş qoyun əti, qoyunun başı, qanlı kolbasa və qurudulmuş balıq və ət məhsulları. Bu yeməklər adətən çovdar çörəyi və yağ ilə verilir.

Üçüncü yerdə isə İspaniyadan “Truchas a la Navarra” adlı balıq yeməyi qərarlaşıb. Burada forel duzlanıb unla örtülür və zeytun yağında qızardılır, sonra isə içi serrano vetçinası ilə doldurulur və limon şirəsi səpilir. Üzərinə adətən doğranmış vetçina və cəfəri əlavə edilir.

Dördüncü yerdə İsveç və Finlandiyada populyar olan “Bloodpalt” adlı qanlı küftədir. Tünd-qəhvəyi rəngli bu küftə çovdar və ya arpa unundan, heyvan qanından hazırlanır və bəzən içi qızardılmış donuz əti və soğanla doldurulur.

Beşinci yerdə isə yəhudi icmalarında hazırlanan “Yerushalmi kugel” adlı şirniyyatdır. Bu, makaron və karamelizə şəkərin şirinliyi ilə qara istiotun acılığını birləşdirən bir şirniyyatdır. Ənənəvi olaraq Şabbatda sinaqoqdan sonra süfrəyə verilir.

Qeyd edək ki, “TasteAtlas”ın reytinqi yalnız istifadəçi rəyləri əsasında formalaşır və daim yenilənir. Reytinqdə ölkə vətəndaşlarının öz milli yeməklərinə verdiyi rəylər nəzərə alınmır.