Dünyanın ən qiymətli aviaşirkətlərinin adı açıqlanıb.
NOCOMMENT.az-ın araşdırmasına görə, ABŞ-nin ən böyük hava yolu şirkətlərindən biri olan “Delta Air Lines” dünyanın ən dəyərli aviaşirkətidir. Belə ki, aviaşirkətin bazar dəyəri bu il 34 milyard dollar təşkil edib.
Siyahıda ikinci yerdə 22,7 milyard dollar dəyərində bazar dəyəri ilə İrlandiyanın “Ryanair” şirkəti qərarlaşıb.
Dünyanın ən dəyərli digər aviaşirkətləri isə bunlardır:
Aviaşirkət | Bazar dəyəri |
Delta | 34 milyard dollar |
Ryanair | 22,7 milyard dollar |
United Airlines | 18 milyard dollar |
Southwest | 16,6 milyard dollar |
Singapore Airlines | 15 milyard dollar |
Turkish Airlines | 13,8 milyard dollar |
International Airlines | 11 milyard dollar |
American Airlines | 9,6 milyard dollar |
All Nipon Airways | 9 milyard dollar |
Latam Airlines | 8,9 milyard dollar |
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarına görə, aviaşirkətlərin ümumi gəliri bu il yaxşılaşacaq:
- Bu il xalis mənfəət 30,5 milyard dollara çatacaq;
- Əməliyyat mənfəəti 52,2 milyard dollardan 59,9 milyard dollara yüksələcək;
- Ümumi gəlirlər 996 milyard dollara, xərclər isə 936 milyard dollara çatacaq;
- Turistlərin sayı rekord səviyyəyə – 4,96 milyard nəfərə yüksələcək;
- Ümumi hava yüklərinin həcmi 62 milyon ton olacaq.