Amerikanın araşdırma və sınaq təşkilatı “Consumer Reports” avtomobil həvəskarlarının səbirsizliklə gözlədiyi “Dünyanın ən etibarlı avtomobil markaları”nın siyahısını açıqlayıb.
NOCOMMENT.az bildirir ki, dünyanın ən böyük məhsul təhlükəsizliyi testlərini həyata keçirən istehlakçı təşkilatı “Consumer Reports” (CR) 88 ildir ki, qeyri-kommersiya əsasında istehlakçı hesabatları hazırlayır. Dünyaca məşhur avtomobil markaları 2000-2025-ci illər arasındakı performanslarına görə “Consumer Reports” tərəfindən hazırlanan ‘Dünyanın ən etibarlı avtomobil markaları’ siyahısında öz yerini tutub. Siyahının başında olan ad illər sonra dəyişib.
Valyuta.az dünyanın ən etibarlı avtomobil markalarını təqdim edir:
2000-2025-ci illər arasında satılan 300 mindən çox avtomobil, yük maşını və yolsuzluq avtomobili təhlil edilərək müəyyən edilib. İstifadəçi məmnunluğu, etibarlılıq reytinqi, yol testinin nəticələri və gözlənilən etibarlılıq kimi bir çox aspektdə sınaqdan keçirilən avtomobillər istehlakçı problemləri baxımından da qiymətləndirilib.
Məlumata görə, siyahının ilk 5-liyində yer alan brendlər reytinqdəki yerlərini qoruyub saxlasalar da, zirvədə olan ad illər sonra dəyişib.
İllərdir siyahının başında olan “Toyota” və “Toyota”nın alt brendi olan “Lexus” zirvədəki yerini itirib. Bu il siyahıda “Lexus” 2-ci, “Toyota” isə 3-cü yerdə qərarlaşıb.
Dünyanın ən etibarlı avtomobil markası “Subaru”dur
Sorğu məlumatlarına və təhlillərə əsasən, “Subaru” 7 avtomobilindən 6-sı ilə orta və ya orta hesabla xeyli yüksək nəticə əldə edib. “Subaru”nun gözləntilərdən aşağı olan yeganə avtomobili “Toyota” ilə birgə istehsal edilən “Solterra EV” modeli olub.
“Vehicle Data Analytics” proqramının rəhbəri Stiven Elek “Subaru”nun niyə zirvədə olduğunu izah edir. O, markanın avtomobillərində istifadə olunan hissələrin bir model ilindən çox istifadə edildiyinə diqqət çəkib. Sorğuda ortadan yuxarı bal toplayan “Subaru” modellərinin hamısında daxili yanma mühərriki var.
Dünyanın ən etibarlı avtomobil markaları aşağıdakı kimidir:
1. “Subaru”
2. “Lexus”
3. “Toyota”
4. “Honda”
5. “Acura”
6. “Mazda”
7. “Audi”
8. “BMW”
9. “Kia”
10. “Hyundai”
Siyahıda “Nissan”, “Ford”, “Volvo”, “Tesla”, “Volkswagen” və “Jeep” kimi ölkəmizdə üstünlük verilən avtomobil markaları da yer alıb:
11. “Buick”
12. “Nissan”
13. “Ford”
14. “Genesis”
15. “Volvo”
16. “Chevrolet”
17. “Tesla”
18. “Volkswagen”
19. “Jeep”
20. “GMC”
21. “Cadillac”\\Valyuta.az