Dünyanın ən sərt diktatoru yenidən prezident seçildibackend

Dünyanın ən sərt diktatoru yenidən prezident seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kütləvi qruplara qarşı mübarizəsinə görə medianın tələbi ilə özünü “dünyanın ən sərt diktatoru” elan edən El Salvador prezidenti Nayib Bukele prezident seçkisində qalib gəlib.

NOCOMMENT.az xəbər verir ki, o, 85 faiz səs topladığını bəyan edib.

Bukele 2019-cu ildə El Salvadorun prezidentliyini təhvil alıb. O, hakimiyyətə gəldsikdən sonra yüksək cinayətkarlıqla mübarizə planını açıqlayıb. Ölkədə tez-tez fövqəladə vəziyyət tətbiq edilib və dəfələrlə uzadılıb.

Bu da vətəndaş hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. 2023-cü ilin noyabr ayına qədər, ümumilikdə 6,5 milyonluq ölkə əhalisinin təxminən hər yüz vətəndaşından biri həbs edilib.