Dünyanın ən təhlükəsiz şəhərləri açıqlandıbackend

Dünyanın ən təhlükəsiz şəhərləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur araşdırma şirkəti Numbeo tərəfindən dünyanın ən təhlükəsiz şəhərləri açıqlandı.

NOCOMMENT xəbər verir ki, hər il açıqlanan dünyanın ən təhlükəsiz şəhərləri siyahısında Əskişəhər onuncu yerdə qərarlaşıb.

Şəhərlərlə bağlı araşdırmaları ilə tanınan Numbeo şirkəti 2023-cü ildə dünyanın ən təhlükəsiz şəhərlərini açıqlayıb.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi siyahının başında, Əskişəhər isə 100 baldan 81,9 balla onuncu yerdə qərarlaşıb. Venesuelanın paytaxtı Karakas siyahının son pilləsində olduğu halda, Türkiyədən Antalya 58-ci, Bursa 72-ci, İzmir 92-ci, Ankara 159-cu, İstanbul 229-cu olub.