Dünyanın ən ucuz metalı açıqlandıbackend

Dünyanın ən ucuz metalı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən ucuz metalı qurğuşundur, onun 1 tonunun qiyməti 2 min dollardır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın Qaydar İnstitutunun mütəxəssisi Antonina Levaşenko məlumat yayıb.

Levaşenko metalın ucuz olmasını onun avtomobil sənayesində və batareyalarda tətbiqinin və tələbinin azalması ilə izah edir. Hazırda qurğuşun aktiv şəkildə litium və nikel kimi digər metallarla əvəz olunur.

Qeyd edək ki, qurğuşun polimetal və qurğuşun-sink filizlərinin məhsulları olan konsentratlardan əldə edilir. Bu xammalın əsas istehsalçıları Çin (42,3%), Avstraliya (10,2%), Peru (5,9%), ABŞ (5,8%) və Rusiyadır (5,4%).