Dünyanın ən zəngin 10 insanı: Saniyədə 15 min dollar qazanırlarbackend

Dünyanın ən zəngin 10 insanı: Saniyədə 15 min dollar qazanırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən varlı 10 insanı pandemiyanın 2 illik dövründə (2020-ci ilin mart – 2021-ci ilin noyabr) sərvətlərini saniyədə 15 min dollar, gündə 1,3 milyard dollar artıraraq 700 milyard dollardan 1,5 trilyon dollara çatdırıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, məlumat “Oxfam” beynəlxalq yardım təşkilatının dərc etdiyi hesabatda öz əksini tapıb.

“Oxfam”ın direktoru Qabriela Buçer bildirib ki, dünyanın ən varlı 10 adamı COVID-19 pandemiyası zamanı sərvətlərini ikiqat artırıb: “Bu 10 nəfər sərvətlərinin 99,99 faizini itirsələr belə, yenə də dünyanın 99 faizindən daha varlı olacaqlar. Onlar hazırda 3,1 milyarda çatan ən yoxsul insanın ümumi aktivlərindən altı dəfə zəngindirlər”.

Milyarderlərin sərvəti COVID-19-un başlanmasından bəri son 14 ildə daha çox artıb. Milyarderlərin sərvətindəki 5 trilyon dollarlıq artım, məlumatların saxlanmağa başlanmasından bəri ən böyük artım hesab olunur.

Dünyanın ən zəngin 10 adamını təqdim edirik:

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask, “Amazon” şirkətinin qurucusu Ceff Bezos, məşhur geyim brendi “LVMH Moet Hennessy Louis Vuitton”un prezidenti və idarəedicisi Bernar Arnon, “Microsoft” şirkətinin sahibi Bill Qeyts, “Google” veb-axtarış sisteminin yaradıcılarından biri Larri Peyc, “Facebook”un baş icraçı direktoru Mark Zukerberq, “Google” veb-axtarış sisteminin yaradıcılarından biri Sergey Brin, “Microsoft”un keçmiş rəhbəri Stiv Balmer, “Oracle”ın qurucusu və rəhbəri Larri Ellison və dünyanın ən zəngin sərmayəçilərindən biri kimi tanınan Varren Baffettdir.