Dünyanın ən zəngin ailələri – SİYAHIbackend

Dünyanın ən zəngin ailələri – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən böyük topdan və pərakəndə satış şəbəkəsi “Walmart”ın sahibi Volton ailəsi dördüncü ildir ki, “Bloomberg”in dünyanın ən zəngin ailələri siyahısına başçılıq edir.

NOCOMMENT xarici mətbuata istinadən xəbər verir ki, “Bloomberg”in dərc etdiyi siyahıda ailənin sərvəti 224,5 milyard dollar göstərilib – bu isə əvvəlki illə müqayisədə 13,7 milyard dollar azalma deməkdir.

Xatırladaq ki, “Walmart” 1962-ci ildə iş adamı Sem Volton tərəfindən təsis edilib. İndi dünyanın bir çox ölkələrində 10 mindən çox mağazası olan şirkətin baş ofisi ABŞ-nin Arkanzas ştatının Bentonvil şəhərində yerləşir, şirkətin illik gəliri yarım trilyon dolları aşır. Şəbəkənin səhmlərinin 47%-i Volton ailəsinə məxsusdur.

Dünyanın ən zəngin 10 ailəsi siyahısına aşağıdakılar daxildir:

2. Mars ailəsi (qənnadı məmulatları və uzun saxlanılma müddətli qida istehsalçısının sahibləri) – 160 milyard dollar (bu il +18 milyard dollar artım);

3. Kox ailəsi (ABŞ-nin “Koch Industries” neft-kimya korporasiyasının sahibləri)  – 124,4 milyard dollar (+4,4 milyard dollar);

4. əl Səud ailəsi (Səudiyyənin kralı) – 105 milyard dollar (+5 milyard dollar);

5. Erme ailəsi (Fransanın “Hermes” moda evinin sahibləri) – 94,6 milyard dollar (-17 milyard dollar);

6. Ambani ailəsi (Hindistanın “Reliance Industries” neft hasilatı və emalı holdinqinin sahibləri) – 84,6 milyard dollar (-9,1 milyard dollar);

7. Verhaymer ailəsi (“Chanel” fransız moda evinin sahibləri) – 79 milyard dollar (+17,2 milyard dollar);

8. Kargill ailəsi (“Cargill” kənd təsərrüfatı şirkətinin sahibləri) – 65,2 milyard dollar;

9. Tompson ailəsi (“Reuters” xəbər agentliyinin nəzarət paketinin sahibləri)  – 61,2 milyard dollar;

10. Hoffmann ailəsi (İsveçrə əczaçılıq şirkəti “Roche Holding”in minoritar sahibləri) – 45,1 milyard dollar.

“Bloomberg”in məlumatına görə, dünyanın ən zəngin 25 ailəsinin ümumi sərvəti 1,5 trilyon dollar təşkil edir ki, bu da bir il əvvəlkindən 143 milyard dollar azdır. Bununla yanaşı, nəşr qeyd edib ki, bəzi superzəngin ailələrin, məsələn, Rokfellerlərin var-dövləti nəzərə alınmır, çünki onların aktivlərini “izləmək çox çətindir”.