Dünyanın gözü bu texnikada – Türkiyənin mini tankları – FOTObackend

Dünyanın gözü bu texnikada – Türkiyənin mini tanklarıFOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə son vaxtlar dünyada müdafiə və təhlükəsizlik sahələrində daha çox tələbatın olduğu insansız silahların, nəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirir.

NOCOMMENT.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir Anadolu Agentliyinə açıqlamasında bu layihələrə hər vəziyyətdə işləyə bilən, kəşfiyyat, nəzarət, hədəfləri aşkarlama, uzaqdan idarə olunma, üstün manevr, eləcə də qərar vermə və dəqiq icra etmə qabiliyyətlərinə malik insansız yerüstü hərbi texnikanın inkişafının və kütləvi istehsalının daxil olduğunu bildirib.

Vurğulanıb ki, son istehsal edilən silahlardan biri – yeni mini tank – köməkçi robotlar yaxın vaxtda Türkiyə Silahlı Qüvvələrinin sərəncamına veriləcək. Ölkənin ASELSAN və Katmerciler şirkətləri tərəfindən hazırlanan və artıq testdən keçirilən bu hərbi texnika yüksək sürət və manevr, zireh seçimi və geniş çeşidli silah sistemlərindən istifadə etmək qabiliyyətlərinə malikdir.

Peyk bağlantısı ilə idarəetmə diapazonunun məhdudiyyətsiz olacağı bu yeni kəşfiyyat-nəzarət vasitəsi sərhəddə patrul xidməti apararaq bölgədə və ətrafda müəyyən etdiyi hədəflərə dair məlumatları mərkəzə ötürəcək. TRT Azərbaycan