Duqin: Rusiya Ərdoğanın bəyanatına sərt cavab versəydi…backend

Duqin: Rusiya Ərdoğanın bəyanatına sərt cavab versəydi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ bəyanatını Rusiya üçün qələbə adlandırmaq olmaz.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu “Moskva-Bakı” portalına müsahibəsində rusiyalı filosof Aleksandr Duqin deyib. Onun sözlərinə görə, hazırkı sülh Rusiya üçün mövcud olan variantlardan daha yaxşısıdır:

“Biz böyük risklərdən qaça bildik. Ona görə ki, Moskva daha çətin situasiyaya düşə, ermənilərin tərəfində konfliktə cəlb edilə, Ərdoğanın “Türkiyə Cənubi Qafqazda cavabdehliyi üzərinə götürür” bəyanatına sərt reaksiya verə bilərdi ki, bu da bizim strateji maraqlarımıza ziddir. Situasiyaya Qərb, NATO ölkələri müdaxilə edə bilərdi. Rusiya əslində çox çətin sınaqdan keçdi. Bu sülhün nəticəsi böyük rahatlama oldu. Həll perspektivdə Azərbaycanla Ermənistanın barışması, Ermənistanla Türkiyənin münasibətlərinin normallaşması üçün imkan yaradır”, – deyə o bildirib.