Duqindən şok iddia: Ərdoğan Putinə Qarabağdakı qırmızı xəttini göstərdibackend

Duqindən şok iddia: Ərdoğan Putinə Qarabağdakı qırmızı xəttini göstərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə və Rusiya liderləri Soçidəki görüşdə qırmızı xətləri və yeni dünya üçün yol xəritəsini çəkdilər. Türkiyə və Rusiya indi yeni bir yola qədəm qoydular və bu bölgənin dinamikası bütün dünyaya təsir edəcək”.

NOCOMMENT.az xəbər verir ki, bunu Kremlin ideoloqu, politoloq Aleksandr Duqin deyib.

O, Soçidəki son görüşün detallarını bildiyini iddia edib:

“O gün Ərdoğan və Putin dünya tarazlığı baxımından hansı tərəfi tutacaqlarını müzakirə etdilər və qərarlarını açıqladılar. Kürd xəritəsindən Krıma, Əfqanıstandan Liviyaya, Qafqazdan (Qarabağ) Suriyaya qədər öz qırmızı xətlərini çəkdilər. Deyə bilərəm ki, başda İdlib olmaqla bir çox mövzuda razılığa gəldilər. Amma bu tarixi görüşdə söylənilənlərin əhəmiyyətli hissəsi sirr olaraq qalacaq. Biz bunları tədricən həyata keçdikcə görəcəyik”.
Teleqraf