KoronaVirus İnformasiya Portalı
Düşmən Ağdamı atəşə tutur, xeyli evə ziyan dəyibbackend

Düşmən Ağdamı atəşə tutur, xeyli evə ziyan dəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbhədə gərgin döyüşlər davam edir.

NOCOMMENT xəbər verir ki, bu barədə report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Noyabrın 8-də saat 16:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdamın rayon ərazisini atəşə tutur. Nəticədə 7 evə ziyan dəyib.

Düşmən rayon rayon ərazisinə gün ərzində ümumilikdə 130-dan çox top mərmisi atıb. Üç mülki ev tamamilə dağılıb, 20-yə yaxın evə isə ziyan dəyib.

Bundan başqa, Ağdam rayonu, Üçoğlan kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Əhmədli Məhəmməd Xanlar oğlu xəsarət alıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.