“Son günlərdə mövqelərimizin düşmən tərəfindən ard-arda atəşə tutulması düşmənin ənənəvi sülhə, atəşkəsə təhlükə yaratmaq siyasətidir. Düşmən bununla da Azərbaycan-Ermənistan sərhəddinin təhlükəli olması ilə bağlı ictimai rəy yaratmaq istəyir və bu situasiyada görüntü yaradıb Azərbaycanı təcavüzkar obrazda göstərməyə çalışır”.
Bu sözləri NOCOMMENT.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
“Düşmən “Azərbaycandan məni qoruyun” düşüncəsi ilə beynəlxalq qüvvələri, xarici ölkələrin hərbi qüvvələrini bölgəyə cəlb etmək istəyir.
Düşmən bununla bölgədə vəziyyətin sabit olmaması görüntüsünü yaradır, Azərbaycanı bir təhlükəli dövlət obrazında göstərmək istəyir və 3-cü qüvvələri Azərbaycan-Ermənistan sərhədinə cəlb etməyə çalışır.
Müharibənin olması ən pis ssenaridir amma, Ermənistanın hal-hazırkı cəhdləri müharibə etmək istədiyini göstərir.
Dəfələrlə Azərbaycan tərəfindən olunan xəbərdarlıqlara baxmayaraq, Ermənistan yenə də hərbi texnika, silah-sursat cəmləşdirir və bölgədə gərginliyi artırır.
Ermənistanın bugün üçün yetəri hərbi texnikası yoxdur, hətta olsa belə bu hal vəziyyəti onun xeyrinə dəyişməz. Ermənistan ordusunun müharibə aparmağa nə cəsarəti, nə də ki, gücü yoxdur”.
Siyasi şərhçi qeyd edir ki, Ermənistan müharibəyə başlasa, bu onun üçün heç də yaxşı vəziyyət olmayacaq.
Aişə Abdulova