KoronaVirus İnformasiya Portalı
Düşmən Gəncəni niyə vurur? – Təxribatın iç üzü açılırbackend

Düşmən Gəncəni niyə vurur? – Təxribatın iç üzü açılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan oktyabrın 9-da Moskvada 3 ölkənin XİN rəhbərlərinin iştirakı ilə təşkil olunan 11 saatlıq danışıqlardan sonra əldə edilən “Humanitar Atəşkəs”in bütün tələblərinə riayət edən zaman Ermənistan tərəfi növbəti dəfə bu tələbləri pozur. 

NOCOMMENT.az xəbər verir ki, döyüş bölgəsindən xeyli aralı yerləşən Azərbaycanın ikinci ən böyük şəhərinin vurulmasında məqsəd aydındır.

Ermənistan tərəfinin bildirdiyi kimi insanlarda təşviş yaratmaq və Azərbaycanı buna adekvat addımlar atmağa sövq edərək müharibənin miqyasını böyütmək. Bununla da hər iki ölkənin münaqişəyə üçüncü tərəflərin cəlb edilməsi. İşğal etdiyi torpaqları əldə saxlayacağını bacarmayan və bunula da müharibəni uduzacağını görən Ermənistan mümkün qədər hərbi və siyasi təxribatlara əl atmaqdadır. 

Ermənistanın Azərbaycan tərəfindən müharibəyə Türkiyənin cəlb etmək planı uzun müddətdir hazırlanan bir məkrli siyasətdir.

Təxribata yol verməmək, Azərbaycanı Suriyaya çevirməmək üçün bütün mümkün vasitələrdən istifadə edən Azərbaycan düşmənin bu hiyləgər və murdar planını ifşa edib.

Bu gün Azərbaycan mümkün qədər qardaş Türkiyəni qoruyaraq münaqişəyə cəlb olunmasına imkan vermir. Lakin düşmənin dinc əhaliyə qarşı bu hücumlarını da cavabsız qoymayacaq və şanlı ordumuz tərəfindən tezliklə layiqli cavabını alacaq.