Düşmən ölkələrin nazirləri GÖRÜŞƏCƏKbackend

Düşmən ölkələrin nazirləri GÖRÜŞƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri arasında görüş keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Cavad Kərimi Quddusi məlumat verib.

Görüş Bağdad şəhərində baş tutacaq. Danışıqlar zamanı ikitərəfli əlaqələrin inkişafı, səfirliklərin fəaliyyətinin qarşılıqlı bərpası və Yəmən məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına İraq vasitəçilik edir.