Düşmən Tərtərə 20-yə yaxın top mərmisi atıbbackend

Düşmən Tərtərə 20-yə yaxın top mərmisi atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələri Tərtər rayon ərazisini atəşə tutmaqda davam edir.

Bu barədə NOCOMMENT-in cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edir. Ermənilər rayon ərazisinə gün ərzində 20-yə yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Odusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür.