Düşmən “Toçka-U” və “İsgəndər” tətbiq edir? – Ekspertdən ŞOKbackend

Düşmən “Toçka-U” və “İsgəndər” tətbiq edir? – Ekspertdən ŞOK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyi Ermənistan ərazisindən Mingəçevirə zərbə endirilməsi haqda Azərbaycan MN-in məlumatını təkzib etməyə çalışmaqla, bir daha özünü rüsvay edib.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, xəbər verir ki, Ermənistan MN-nin nümayəndəsi açıqlamasında Azərbaycan Prezidenyinin köməkçisi Hikmət Hacıyevin Mincəçevirə düşən mərminin fotosunu paylaşdığını bildirərək, bunun “Smerç” raketi olduğunu bildirib. O deyib ki, Ermənistan sərhədindən Mingəçevirə qədər məsafə 108 km-dir və bu məsafəyə “Smerç” atəş açmaq imkanında deyil.

Halbuki “Smerç”in maksimal atış məsafəsi 120 km-dır.

Mövzu ilə bağlı saytımıza açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ermənilər Mingəçeviri “Toçka-U”, Xızı və Abşeronu isə “İsgəndər-M” raketləri ilə vurublar:

“Özü də təzəsi ilə yox, köhnəsi ilə… “İsgəndər-M”in hədəfi vurma qabiliyyəti 280-300 km-dir”.

Üzeyir Cəfərov bildirib ki, “Toçka-U”-nun maksimal vurma məsafəsi 120 km-dir:

“Minimum 15 kilometr, maksimum 120 km məsafədə olan hədəfi məhv etmə qabiliyyətinə malikdir. Raketin ağırlığı isə 2 ton 10 kiloqramdır. “Toçka-U”nun döyüş başlığının çəkisi 480 kiloqrama bərabərdir”.

Hərbi ekspert bildirib ki, “Toçka-U” 2 dəqiqə ərzində döyüş hazırlığı vəziyyətinə gətirilir: “16 dəqiqə ərzində isə maşından atış üçün hazırlanır. Bu raketi mənfi 40 dərəcə temperaturda da istifadə etmək mümkündür, müsbət 50 dərəcədə də”.

Onun sözlərinə görə, “Toçka-U”-nun digər raketlərdən fərqi dağıdıcılığındadır.

Üzeyir Cəfərov bildirib ki, “Toçka-U” ağır və ya sərt yanacaq sistemli mexanizminə malikdir, onunla idarə olunur:

“Bir neçə raket hissəsindən ibarətdir. “9M79”, “9M79,1” və sair. Bunun məqsədi dağıntılar yaratmaqdır. Bu raketlər 70 və 100 kilometrdə də düşə bilər. Sürəti isə saniyədə 1100 metrdir. Onlar eyni anda bir neçə raket buraxmışdılar”.

Ekspert bildirib ki, bunların bir neçəsi Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib:

“Bu raketlərdən 2019-cu ilə qədər 4 ədəd var idi. Bizdə də “9M79” “Toçka-U” raketi var. Amma biz istifadə etməmişik. “Toçka-U”-nun başqa versiyası yoxdur. Bircə budur. Əgər onun modifikasiyası olsaydı, yəqin ki, bizim xəbərimiz olardı. Bunlar operativ taktiki raketlərdir. Bunların “9K79”, “9KOTR21” versiyaları da var. Amma bunların modernləşdirilmiş sistemi yoxdur. Bütün ölkələrdə “Toçka-U”-dur”.