Düşməndən növbəti ETİRAF: Yüzədək hərbçisi öldürülübbackend

Düşməndən növbəti ETİRAF: Yüzədək hərbçisi öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, işğalçı Ermənistan tərəfi bu gün həlak olan daha 96 hərbçinin adlarını açıqlayıb.

NOCOMMENT-in məlumatına görə, siyahıdan məlum olub ki, sentyabrın 27-dən Azərbaycanın Qarabağ bölgəsində başlayan döyüşlərdə tanınmış erməni terrorçu, Malış ləqəbli Mqer Arutyunyan da zərərsizləşdirilib.

Ermənilərin sosial şəbəkələrdə yazdıqlarından bu da bəlli olub ki, terrorçu oktyabrın 9-da məhv edilib.

Məlumata görə, 1973-cü il təvəllüdlü M.Arutyunyan hələ 1991-1994-cü illərdə, eləcə də 2016-cı il Aprel hadisələri zamanı işğalçı Ermənistan ordusunun tərkibində vuruşub.