Düşmənə dəstək verən Johnson&Johnson-a ETİRAZbackend

Düşmənə dəstək verən Johnson&Johnson-a ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur “Johnson&Johnson” şirkəti işğal altında olan Dağlıq Qarabağdakı separatçılara dəstək mesajı verib.

NOCOMMENT.az xəbər verir ki, şirkətin rəsmi tvitter hesabında paylaşılan mesajda separatçıların qondarma respublikasına dəstək ifadə olunur.

Mesajda bildirilir ki, “Artsax”da baş verən qarşıdurmalarda ziyan görənlərə dəstək üçün ayrılan yardımları Qırmızı Xaç Cəmiyyətinə təhvil verəcəklər.

Şirkətin tanınmamış qondarma respublikaya belə dəstək verməsi sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olub və bununla bağlı etirazlar başlayıb. “Report”

Johnson & Johnson can confirm all of our fundraising initiatives to support those impacted by the current conflict in Artsakh will be given to The Red Cross to distribute to those in need from all sides of the conflict.

— Johnson & Johnson (@JNJNews) October 31, 2020

Qeyd edək ki, əldə edilən məlumata əsasən “Johnson&Johnson” məhsullarının ölkəmizdə rəsmi distribüteri ARAZ Supermarketlər Şəbəkəsidir. Hesab edirik ARAZ Supermarketlər Şəbəkəsi idxalını və dağıtımını həyata keçirdiyi sözügedən marka ilə bağlı məsələyə öz münasibətini ləngitməyəcək.